Qelebə.az / AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

25-10-2022, 10:26

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan növbəti təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, İtaliyada "Latsio" və Danimarkanın “Midtüllan" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 27-də baş tutacaq.

Geri qayıt