Qelebə.az / Yunanıstan millisinin futbolçusu Portuqaliya klubuna transfer olunub

Yunanıstan millisinin futbolçusu Portuqaliya klubuna transfer olunub

1-07-2024, 18:32

Niderlandın "Alkmaar" klubunun və Yunanıstan millisinin futbolçusu Vangelis Pavlidis Portuqaliya təmsilçisi "Benfika"ya transfer olunub.

"QELEBE.AZ" xəbər verir ki, 25 yaşlı forvardın keçidi “qartallar”a 18 milyon avroya başa gəlib.

Onunla 5 illik müqavilə bağlanıb.

V.Pavlidis 2023/2024 mövsümündə klub səviyyəsində 46 oyun keçirib, 33 qol vurub, 6 məhsuldar ötürmə edib. O, 29 qolla Niderland Erediviziyasında mövsümün bombardiri adını Luk de Yonqla bölüşüb.

Geri qayıt