Qelebə.az / İspaniya millisinin futbolçularına veriləcək mükafatın məbləği bəlli olub

İspaniya millisinin futbolçularına veriləcək mükafatın məbləği bəlli olub

1-07-2024, 10:12

Almaniyada keçirilən AVRO-2024-ün 1/4 finalına yüksələn İspaniya millisinin futbolçularına veriləcək mükafatın məbləği bəlli olub.

"QELEBE.AZ" COPE-yə istinadən xəbər verir ki, hər bir oyunçu 190 min avro alacaq.

Xatırladaq ki, İspaniya millisi 1/8 finalda Gürcüstanı 4:1 hesabı ilə məğlub edib.
Pireneylilər iyulun 5-də 1/4 finalda Almaniya ilə qarşılaşacaqlar.

Geri qayıt