Qelebə.az / "Barselona"nın yarımmüdafiəçisi azad agent olub

"Barselona"nın yarımmüdafiəçisi azad agent olub

1-07-2024, 09:45

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Serxi Roberto rəsmən azad agent olub.

"QELEBE.AZ" xəbər verir ki, futbolçu klubla müddəti iyunun 30-da başa çatan müqaviləni yeniləməmək qərarına gəlib.

32 yaşlı yarımmüdafiəçi ilə "İnter" və "Jirona" klubları maraqlanır.

Qeyd edək ki, S.Roberto ötən mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Geri qayıt