Qelebə.az / Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarılaşmada qələbə qazanıb - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarılaşmada qələbə qazanıb - YENİLƏNİB

30-06-2024, 14:04

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.

"QELEBE.AZ"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, yığma təsəlliverici qarşılaşmada İtaliya seçməsi ilə üz-üzə gəlib.

Millimiz rəqibini 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

12:32

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:1.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Geri qayıt