Qelebə.az / AVRO-2024: Almaniya - Danimarka matçında güclü şimşək səbəbindən fasilə yaranıb - YENİLƏNİB

AVRO-2024: Almaniya - Danimarka matçında güclü şimşək səbəbindən fasilə yaranıb - YENİLƏNİB

29-06-2024, 23:38

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə güclü şimşək səbəbindən fasilə yaranıb.

"Report" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionundakı matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb.

Qeyd edək ki, matçda hesab açılmayıb.

23:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilir.

Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.

Geri qayıt