Qelebə.az / Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanması barədə danışıb

Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanması barədə danışıb

29-06-2024, 21:28

Bolqarıstanda keçirilən yeniyetmə cüdoçular arasında Avropa çempionatının gümüş medalını qazanan Azərbaycan idmançısı Sübhan Axundov yarışla bağlı təəssuratlarını bölüşüb.

"Report"un Sofiyaya ezam olunan əməkdaşına açıqlama verən + 90 kq çəkidə çıxış edən cüdoçu, yarışa ciddi hazırlaşdıqlarını söyləyib.

"Yarışa ciddi hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Təəssüf ki, alınmadı. Rəqibimə taktiki cəhətdən məğlub oldum. İnşallah, gələcək yarışlarda qızıl medal qazanmağa çalışacağam" - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatını fərdi yarışlara əsasən 4 medalla başa vurub. Oğlanlardan ibarət yığma medal sıralamasında ikinci olub.

Geri qayıt