Qelebə.az / Azərbaycan gimnastları Nissen kubokunda 4 medal qazanıblar

Azərbaycan gimnastları Nissen kubokunda 4 medal qazanıblar

29-06-2024, 19:08

İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen kubokunda Azərbaycan idmançıları 2-si qızıl, 2-si bürünc olmaqla 4 medal qazanıblar.

"QELEBE.AZ" xəbər verir ki, fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova bürünc medal qazanıb.

Sinxron çıxışlarda isə Əli Niftəliyev - Ammar Baxşalıyev cütlüyü qızıl, Ayan Şabanova - Samirə Hüseynova cütlüyü isə bürünc medala sahib çıxıb.

Geri qayıt