Qelebə.az / Dünya Seriyası: Quba mərhələsində iştirak edəcək komandalar müəyyənləşib

Dünya Seriyası: Quba mərhələsində iştirak edəcək komandalar müəyyənləşib

28-06-2024, 13:45

Qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının Quba mərhələsində iştirak edəcək komandaların adları dəqiqləşib.

“QELEBE.AZ” Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba mərhələsində 8 komanda mübarizə aparacaq.

Bunlar Niderland, Avstraliya, Çin (U-24), Filippin, İran milliləri ilə yanaşı, “Düsseldorf Zoos” (Almaniya), “Czechia” (Çexiya) və Azərbaycan klubu “Baku Flames”dir.

Qeyd edək ki, yarış iyulun 20-21-də keçiriləcək.

Geri qayıt