Qelebə.az / Azərbaycanın Avropa çempionu: Qarşılaşmalarım çətin keçsə də, final asan oldu

Azərbaycanın Avropa çempionu: Qarşılaşmalarım çətin keçsə də, final asan oldu

28-06-2024, 03:57

Qarşılaşmalarım finaladək çətin olsa da, yekun asan başa gəldi - ermənistanlı rəqibimə qalib gəldim.

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Turan Daşdəmirov söyləyib.

"Finala qədər görüşlərim çətin oldu. Finalda isə asanlıqla erməni rəqibimə 8:0 hesabı ilə qalib gəldim. Qarşıda dünya çempionatı var. İnşallah, eyni nəticəni komanda şəklində təkrarlayarıq", – qızıl medalçı deyib.

Xatırladaq ki, Serbiyada keçirilən U-17 Avropa çempionatında birinci olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb.

Geri qayıt