Qelebə.az / Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

24-10-2022, 15:48

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Mərakeşin Tanjir şəhərində keçirilmiş Afrika Kubokunun qalibi olub.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, milli komandanın lideri 750 m-lik üzgüçülük, 20 km-lik velosiped sürmə, 5 km-lik qaçış məsafəsini 53 dəqiqə 3 saniyəyə qət edərək qızıl medal qazanıb.

İkinci yeri Almaniya təmsilçisi Yanik Şafler tutub. İspaniyalı Anxel Sançes Kareas isə üçüncü olub.

Geri qayıt