Qelebə.az / Azərbaycan cüdoçusu Avropa çempionu olub, digəri erməniyə qalib gələrək bürünc medal əldə edib - YENİLƏNİB

Azərbaycan cüdoçusu Avropa çempionu olub, digəri erməniyə qalib gələrək bürünc medal əldə edib - YENİLƏNİB

27-06-2024, 18:54

Azərbaycanın yeniyetmə cüdoçusu Bahadur Feyzullayev (55 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"QELEBE.AZ"un Sofiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinlə üz-üzə gəlib.

Rəqibini məğlub edən Feyzullayev turnirin qalibi olub.

Daha əvvəl eyni çəkidəki Məhəmmədəli Hüsiyev bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar. Yarış iyunun 30-da başa çatacaq.

18:41

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmmədəli Hüsiyev (55 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"QELEBE.AZ"un Sofiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Şavarş Nahapetyanla üz-üzə gəlib.

Rəqibə qalib gələn Hüsiyev yarışda üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün Bahadur Feyzullayev (55 kq) final, Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Turnir iyunun 30-da başa çatacaq.

Geri qayıt