Qelebə.az / Çexiya yığmasının baş məşqçisi: Uğursuzluğun əsas səbəbi Gürcüstanı məğlub etməməyimiz idi

Çexiya yığmasının baş məşqçisi: Uğursuzluğun əsas səbəbi Gürcüstanı məğlub etməməyimiz idi

27-06-2024, 02:50

Uğursuzluğun əsas səbəbi II turda Gürcüstanı məğlub etməməyimiz idi.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Çexiya yığmasının baş məşqçisi İvan Haşek Almaniyada təşkil olunan Avropa çempionatının III turu çərçivəsində Türkiyə millisi ilə görüşdən sonra mətbuat konfransında bildirib:

O, komandanın gələcək üçün yaxşı potensialı olduğunu vurğulayıb: "Mübarizəni dayandırdığımız üçün məyus oldum, çünki bu komandanın potensialı var. Biz bunu burada göstərmək istəyirdik".

Qeyd edək ki, Çexiya - Türkiyə matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə qrup ikincisi kimi növbəti mərhələyə yüksəlibsə, Çexiya komandası sonuncu pillədə qalaraq Avropa çempionatında mübarizəni dayandırıb.

Geri qayıt