Qelebə.az / Barış Alper Yılmaz Çexiya - Türkiyə matçının ən yaxşı oyunçusu seçilib

Barış Alper Yılmaz Çexiya - Türkiyə matçının ən yaxşı oyunçusu seçilib

27-06-2024, 01:35

Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə (1:2) matçının ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, Türkiyə qrup ikincisi kimi 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb.

Geri qayıt