Qelebə.az / Slovakiya yığmasının baş məşqçisi: Təqdirəlayiq oyunlar sərgilədik

Slovakiya yığmasının baş məşqçisi: Təqdirəlayiq oyunlar sərgilədik

26-06-2024, 23:54

Təqdirəlayiq oyunlar sərgilədik.

"Report" xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona
Rumıniyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qarşılaşmanın yüksək səviyyədə keçdiyini bildirib: "Bizim tərəfimizdən əla oyun oldu, futbolçularımız yaxşı mübarizə apardılar. Rumıniya güclü komandadır. Hər biri yüksək səviyyəyə malik 3 yığma ilə qarşılaşdıq. Düşünürəm ki, təqdirəlayiq oyunlar sərgilədik".

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya matçı heç-heçə yekunlaşıb - 1:1.

Geri qayıt