Qelebə.az / AVRO-2024: Slovakiya - Rumıniya oyununda ikinci hissə başlayıb - YENİLƏNİB - 4

AVRO-2024: Slovakiya - Rumıniya oyununda ikinci hissə başlayıb - YENİLƏNİB - 4

26-06-2024, 21:10

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, “Frankfurt Arena”dakı matçda hesab bərabərdir - 1:1.

24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status-kvo"nu bərpa edib.

20:50

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə birinci hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, “Frankfurt Arena”dakı matçda hesab bərabərdir - 1:1.

24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status-kvo"nu bərpa edib.

20:45

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, “Frankfurt Arena”dakı matçda Rumıniya hesabı bərabərləşdirib.

37-ci dəqiqədə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirib.

20:25

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, “Frankfurt Arena”dakı matçda Slovakiya hesabda önə çıxıb.

24-cü dəqiqədə Ondrey Duda fərqlənib.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşü start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, E qrupunun oyunu “Frankfurt Arena”da keçirilir.

Qarşılaşmanı almaniyalı baş hakim Daniel Siebert idarə edir.

Geri qayıt