Qelebə.az / "Qəbələ" daha bir futbolçunu heyətinə qatıb

"Qəbələ" daha bir futbolçunu heyətinə qatıb

26-06-2024, 17:02

Transfer çalışmalarını davam etdirən “Qəbələ” klubu daha bir futbolçunu heyətinə qatıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qəbələ" akademiyasının yetirməsi olan Müşfiq Nadirov “qırmızı-qaralar”ın formasını geyinəcək. 22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Nadirov 2023/2024 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz” klublarının da uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” bunadək müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

Geri qayıt