Qelebə.az / Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

24-10-2022, 12:36

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Super Kubokunu qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 27 yaşlı oyunçu buna "CSM Lugoj" klubu ilə nail olub.

Komanda final matçında "CSO Voluntari"ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib.

Qeyd edək ki, Yelizaveta Ruban hazırkı klubunda ilk dəfə titul əldə edib.

Geri qayıt