Qelebə.az / AVRO-2024: C qrupunun son oyunlarına start verilib

AVRO-2024: C qrupunun son oyunlarına start verilib

25-06-2024, 23:00

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

"QELEBE.AZ"un məlumatına görə, C qrupunda İngiltərə - Sloveniya və Danimarka - Serbiya görüşləri Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq fransalı hakimlər Klement Turpin və Fransua Leteksye idarə edirlər.

Qeyd edək ki, hazırda İngiltərə millisi 4, Danimarka və Sloveniya 2, Serbiya isə 1 xala malikdir.

Geri qayıt