Qelebə.az / AVRO-2024: Fransa hesabı açıb, Niderland yenidən məğlub duruma düşüb - YENİLƏNİB - 5

AVRO-2024: Fransa hesabı açıb, Niderland yenidən məğlub duruma düşüb - YENİLƏNİB - 5

25-06-2024, 21:20

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Fransa - Polşa oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, Kilian Mbappe 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Avstriya isə Niderlandla görüşdə yenidən hesanda önə keçib - 2:1. 59-cu dəqiqədə Roman Şmid "narıncılar"ı məyus edib.

21:07

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda ikinci qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, "narıncılar" matçda tarazlığı bərpa ediblər - 1:1.

47-ci dəqiqədə Kodi Qapko fərqlənib.

Fransa - Polşa matçında isə hesab açılmayıb.

21:03

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya və Fransa - Polşa oyunlarında ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Avstriya yığması hazırda hesabda öndədir - 1:0.

Niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

20:48

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya və Fransa - Polşa oyunlarında ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, Avstriya yığması fasiləyə öndə yollanıb.

Niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

20:08

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

20:00

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

"QELEBE.AZ"un məlumatına görə, D qrupunda Niderland - Avstriya və Fransa - Polşa matçları Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq slovakiyalı İvan Krujlyak və italiyalı Marko Quida idarə edirlər.

Qeyd edək ki, hazırda Niderland və Fransa yığmalarının 4, Avstriyanın isə 3 xalı var. Polşanın xalı yoxdur. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt