Qelebə.az / Xesus Navas İspaniya millisinin böyük turnirlərdə meydana çıxan ən yaşlı futbolçusu olub

Xesus Navas İspaniya millisinin böyük turnirlərdə meydana çıxan ən yaşlı futbolçusu olub

25-06-2024, 00:24

İspaniya millisinin müdafiəçisi Xesus Navas yığmasının heyətində dünya və Avropa çempionatları tarixində meydana çıxan ən yaşlı futbolçusu olub.

"Report" xəbər verir ki, 38 yaşlı (216 gün) futbolçu AVRO-2024-ün qrup mərhələsinin III turunun Albaniya ilə görüşündə bu göstəriciyə imza atıb.

O, bu göstəricidə 2006-cı il dünya çempionatında Səudiyyə Ərəbistanı ilə keçirilən matçda "buğalar"ın heyətində meydana çıxan Santyaqo Kanisaresi (36 yaş 248 gün) geridə qoyub.

Geri qayıt