Qelebə.az / AVRO-2024: Macarıstan millisinin hücumçusu ciddi zədə alıb

AVRO-2024: Macarıstan millisinin hücumçusu ciddi zədə alıb

24-06-2024, 00:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşündə ikincilərin hücumçusu Barnabaş Varqa ciddi zədə alıb.

"Report" xəbər verir ki, o, matçın 70-ci dəqiqəsində şotlandiyalı qapıçı Anqus Qunn ilə toqquşub.

28 yaşlı futbolçu ciddi xəsarət alaraq meydanı xərəkdə tərk edib.

Geri qayıt