Qelebə.az / Domeniko Tedesko: Qalib gəldiyimiz üçün xoşbəxtik

Domeniko Tedesko: Qalib gəldiyimiz üçün xoşbəxtik

23-06-2024, 01:59

“Qalib gəldiyimiz üçün xoşbəxtik”.

"Report"un məlumatına görə, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində Rumıniyaya qalib gəldikləri (2:0) matçdan sonra deyib.

Mütəxəssis bir neçə qol şansından yararlana bilmədiklərini söyləyib: “Qələbə qazandıq və bir az rahatladıq. İndi növbəti qarşılaşmaya köklənməliyik. Hansı nəticənin olacağını birlikdə görəcəyik”.

Qeyd edək ki, Belçika millisi iyunun 26-da Ukrayna ilə üz-üzə gələcək.

AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt