Qelebə.az / Belçika - Rumıniya matçının ən yaxşı futbolçusu müəyyənləşib

Belçika - Rumıniya matçının ən yaxşı futbolçusu müəyyənləşib

23-06-2024, 01:14

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Belçika - Rumıniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

"QELEBE.AZ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Kevin De Bruyne qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

O, görüşdə bir qolla yadda qalıb.

Qeyd edək ki, belçikalılar 2:0 hesablı qələbəyə seviniblər.

Geri qayıt