Qelebə.az / AVRO-2024: Türkiyə millisi hesabda geri düşüb - YENİLƏNİB

AVRO-2024: Türkiyə millisi hesabda geri düşüb - YENİLƏNİB

22-06-2024, 20:22

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, portuqaliyalı Bernardu Silva 21-ci dəqiqədə fərqlənib.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Türkiyə - Portuqaliya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edir.

Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.

F qrupunda II turun bu gün baş tutan Gürcüstan - Çexiya matçında qalib müəyyənləşməyib - 1:1.

AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt