Qelebə.az / "Sabah"ın futbolçusu Almaniyada əməliyyat olunub

"Sabah"ın futbolçusu Almaniyada əməliyyat olunub

22-06-2024, 10:15

"Sabah" klubunun futbolçusu Anatoli Nuriyev əməliyyat olunub.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.

Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.

Geri qayıt