Qelebə.az / "Şamaxı" klubu qapıçısını icarəyə verib

"Şamaxı" klubu qapıçısını icarəyə verib

21-06-2024, 17:55

“Şamaxı” klubu gənc qapıçı Sahib Həsənovla müqaviləni yeniləyib.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qolkiperlə ikiillik müqavilə imzalanıb.

Lakin qapıçı növbəti mövsümü icarə əsasında I Liqa təmsilçisi “Difai Ağsu”da keçirəcək.

Qeyd edək ki, "Şamaxı" 2023/2024 mövsümünü 57 xalla birinci pillədə başa vurub və Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Geri qayıt