Qelebə.az / Uels millisinin baş məşqçisi istefaya göndərilib

Uels millisinin baş məşqçisi istefaya göndərilib

21-06-2024, 13:38

Uels millisinin baş məşqçisi Rob Peyc istefaya göndərilib.

"QELEBE.AZ" Uels Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Peycin rəhbərliyi altında komanda 45 oyun keçirib.

Bunların 15-də qələbə qazanan kollektiv eyni sayda oyunda məğlub olub. Komanda qalan 15 qarşılşamada heç-heçəyə imza atıb.

Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2020-ci ildən Uels millisini çalışdırırdı.

Geri qayıt