Qelebə.az / Niderland və Fransanın qitə çempionatlarında dördüncü dueli: "Narıncılar" üstünlüyə malikdir

Niderland və Fransanın qitə çempionatlarında dördüncü dueli: "Narıncılar" üstünlüyə malikdir

21-06-2024, 11:14

Almaniyada keçirilən Avropa çempionatının D qrupunda üz-üzə gələcək Niderland və Fransa milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatlarında) üç dəfə qarşılaşıblar.

"QELEBE.AZ"un məlumatına görə, bunların hamısı qitəmiqyaslı yarışa təsadüf edib.

1996-cı ildə qolsuz başa çatan 1/4 final oyununda fransızlar penaltilər seriyasında üstün olublar - 5:4. Daha sonra qrup mərhələlərindəki hər iki görüşdə "narıncılar" qələbəyə seviniblər. 2000-ci ildəki matçda 3:2, 2008-ci ildə isə 4:1 hesabı qeydə alınıb.

D qrupunun digər oyununda Polşa Avstriyanın müqavimətini qırmağa çalışacaq. Tərəflər tarixdə böyük turnirlərdə ikinci dəfə görüşəcəklər. AVRO-2008-də də qrupda bir-birilərinə rəqib olan komandalar həmin vaxt heç-heçəyə razılaşıblar - 1:1.

Bu gün E qrupunun yeganə qarşılaşmasında Slovakiya və Ukrayna milliləri münasibətlərə aydınlıq gətirəcəklər. Tərəflər Avropa və dünya çempionatları tarixində ilk dəfə üz-üzə gələcəklər.

Qeyd edək ki, Slovakiya - Ukrayna matçı Bakı vaxtı ilə saat 17:00-da, Polşa - Avstriya görüşü 20:00-da, Niderland - Fransa qarşılaşması isə 23:00-da start götürəcək.

Geri qayıt