Qelebə.az / İspaniya - İtaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib

İspaniya - İtaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib

21-06-2024, 01:05

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan İspaniya - İtaliya matçının (1:0) ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "buğalar"ın heyətində Niko Uilyams qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Oyuna start heyətində başlayan və görüşü yüksək səviyyədə keçirən 21 yaşlı hücumçu 78-ci dəqiqədə əvəzlənib.

Geri qayıt