Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, C qrupunun oyununda ingilislər hesabda önə çıxıb.
19-cu dəqiqədə Harri Keyn fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
20:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü start götürüb.
"Report" xəbər verir ki, Frankfurt şəhərindəki "Valdştadion"da başlayan C qrupunun oyununu portuqaliyalı beynəlxalq dərəcəli hakim Artur Diaş idarə edir.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
