Qelebə.az / Azərbaycan idmançısı: Olimpiadada mükafatçılar sırasında olmağa çalışacağam

Azərbaycan idmançısı: Olimpiadada mükafatçılar sırasında olmağa çalışacağam

20-06-2024, 14:04

Parisdə olimpiya mükafatçıları sırasında olmağa çalışacağam.

Bunu "Report"a açıqlamasında Fransanın paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarına kamandan oxatma üzrə lisenziya qazanan Azərbaycan idmançısı Yaylagül Ramazanova deyib.

Türkiyənin Antalya şəhərində təsnifat turnirinin finalında uğurlu çıxış edən atlet çox sevindiyini bildirib: "Çox qürurverici hissdir. Azərbaycan bayrağını, himnini olimpiadada qürurla təmsil edəcəyəm".

Y.Ramazanova ölkə üçün lisenziya əldə etmiş bütün idmançıları təbrik edib və onlar bol uğurlar arzulayıb: "Gənclər daim məqsədlərinin arxasınca getməlidir. Çünki bir gün hər şey çox gözəl olacaq".

Qeyd edək ki, Paris Yay Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Azərbaycan idmançıları indiyədək 39 lisenziya əldə ediblər.

Geri qayıt