Qelebə.az / Karyerasını bitirən Ağabala Ramazanov məşqçiliyə başlayacaq

Karyerasını bitirən Ağabala Ramazanov məşqçiliyə başlayacaq

20-06-2024, 11:39

Azərbaycan millisinin və "Səbail" klubunun sabiq futbolçusu, bir neçə gün öncə peşəkar karyerasını bitirən Ağabala Ramazanov məşqçilik kurslarına qatılacaq.

Bunu "Report"a açıqlamasında 31 yaşlı keçmiş hücumçu bildirib.

O, karyerasını bitrsə də, futboldan ayrılmayacağını söyləyib: "Avqustda məşqçilik kurslarında iştirak edəcəyəm. Sevdiyim peşəni davam etdirəcəyəm".

Qeyd edək ki, A.Ramazanov 2022-ci ildən "Səbail" klubunun formasını geyinirdi.

Geri qayıt