Qelebə.az / AVRO-2024: Xorvatiya - Albaniya matçında ilk hissə başa çatıb - YENİLƏNİB- 2

AVRO-2024: Xorvatiya - Albaniya matçında ilk hissə başa çatıb - YENİLƏNİB- 2

19-06-2024, 17:46

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında ilk hissə yekunlaşıb.

"Report" xəbər verir ki, albanlar fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.

Yeganə qolu 11-ci dəqiqədə Kyazim Laçi xorvatların qapısından keçirib.

17:12

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab açılıb.

"Report" xəbər verir ki, albanlar 11-ci dəqiqədə hesabda önə çıxıb.

Kyazim Laçi adını tabloya yazdırıb.

17:00

Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlir.

"Report" xəbər verir ki, Hamburq şəhərində keçirilən matçı fransalı beynəlxalq dərəcəli baş hakim Fransua Leteksye idarə edir.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Geri qayıt