Qelebə.az / Ralf Ranqnik: Fransa millisi layiqli qələbə qazandı

Ralf Ranqnik: Fransa millisi layiqli qələbə qazandı

18-06-2024, 01:59

Etiraf edək. Rəqibin şansları daha çox idi və layiqli qələbə qazandılar.

"Report"un məlumatıba görə, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Fransa yığmasına 0:1 hesabı ilə uduzduqları futbol üzrə Avropa çempionatının qrup oyunundan sonra deyib.

Mütəxəssis son dəqiqəyə kimi mübarizə apardıqlarını bildirib: "Qapıçımız Patrik Penz bu gün əla iş gördü. Komandamı qınamıram. Həmişə düzgün qərarlar vermirdilər, amma rəqibin də kim olduğunu unutmayaq".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt