Qelebə.az / Slovakiya millisinin baş məşqçisi: Vacib qələbə qazandıq, lakin daha çox çalışmalıyıq

Slovakiya millisinin baş məşqçisi: Vacib qələbə qazandıq, lakin daha çox çalışmalıyıq

17-06-2024, 23:30

Bu, vacib qələbədir. Lakin biz daha çox çalışmalıyıq.

"Report"un məlumatına görə, bunları Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Belçika yığmasına 1:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının qrup mərhələsinin I turunun oyunu barədə danışarkən deyib.

Mütəxəssis futbolçuların əllərindən gələni etdiklərini bildirib: "Belə rəqibi məğlub etmək üçün hər cür səy göstərdilər. Artıq növbəti matçları düşünməliyik".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt