Qelebə.az / AVRO-2024: Avstriya - Fransa matçı başlayıb

AVRO-2024: Avstriya - Fransa matçı başlayıb

17-06-2024, 23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyuna start verilib.

"QELEBE.AZ"un məlumatına görə, Bakı vaxtı ilə saat 23:00-da Avstriya - Fransa matçı başlayıb.

Görüşü ispan Xesus Gil Manzano idarə edir.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt