Qelebə.az / Belçika millisinin baş məşqçisi: Futbolçular nəticəyə görə məyusdurlar

Belçika millisinin baş məşqçisi: Futbolçular nəticəyə görə məyusdurlar

17-06-2024, 23:10

Təbii ki, futbolçular nəticəyə görə məyus oldular.

"Report"un məlumatına görə, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avropa çempionatının qrup mərhələsində Slovakiyaya uduzduqları (0:1) matçdan sonra deyib.

Mütəxəssis çoxlu qol vəziyyətləri yaratdıqlarını, lakin bunlardan istifadə edə bilmədiklərini söyləyib: "Gec-tez məğlub olacağımızı bilirdim. Təəssüf ki, bu gün baş verdi. Komandaya yaxşı oynamaq üçün az məsləhət verə bilərəm. Qol vursaydıq, qarşılaşma daha asan keçərdi".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt