Qelebə.az / Ukrayna millisinin baş məşqçisi: Heç kim bu nəticəni gözləmirdi

Ukrayna millisinin baş məşqçisi: Heç kim bu nəticəni gözləmirdi

17-06-2024, 20:06

Heç kim bu nəticəni gözləmirdi.

"Report"un məlumatına görə, bunu futbol üzrə Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində Rumıniyaya uduzduqları (0:3) oyun barədə danışarkən deyib.

Mütəxəssis topa sahib olsalar da, qol vəziyyətləri yarada bilmədiklərini söyləyib: "Qarşıda bizi Slovakiya yığması ilə çox ciddi qarşılaşma gözləyir. Növbəti matça hazırlaşmalıyıq".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt