Qelebə.az / Sloveniya - Danimarka matçının ən yaxşı futbolçusu Kristian Eriksen olub

Sloveniya - Danimarka matçının ən yaxşı futbolçusu Kristian Eriksen olub

16-06-2024, 22:39

Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində baş tutan Sloveniya - Danimarka matçının ən yaxşı futbolçusu Kristian Eriksen olub.

"QELEBE.AZ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşün ilk qolunun müəllifi ən yaxşı oyunçu adına layiq görülüb.

Qeyd edək ki, C qrupunda keçirilən Sloveniya - Danimarka matçı 1:1 hesabı ilə yekunlaşıb. 17-ci dəqiqədə K.Eriksen Danimarka millisini hesabda önə çıxarıb. 77-ci dəqiqədə isə Erik Yanja bərabərlik qolunu vuraraq Sloveniyanı məğlubiyyətdən xilas edib.

Geri qayıt