Qelebə.az / AVRO-2024: Polşa - Niderland matçında ikinci hissə start götürüb - YENİLƏNİB - 4

AVRO-2024: Polşa - Niderland matçında ikinci hissə start götürüb - YENİLƏNİB - 4

16-06-2024, 18:13

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ikinci hissə başlayıb..

"Report" xəbər verir ki, fasilədən sonra hesab bərabərdir - 1:1.

Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.

17:50

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yolanıblar.

Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.

17:35

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, ilk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo "narıncılar"ın bərabərlik qolunu vurub - 1:1.

Qarşılaşma davam edir.

17:17

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab açılıb.

"Report" xəbər verir ki, 16-cı dəqiqədə Adam Buksa "narıncılar"ı cəzalandırıb.

Qarşılaşma davam edir.

17:00

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

"Report" xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında start götürüb.

Hamburq şəhərindəki oyunu portuqaliyalı baş hakim Artur Diaş idarə edir.

Geri qayıt