Qelebə.az / Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 5 medal qazanıb

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 5 medal qazanıb

16-06-2024, 01:41

Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirində Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Azərbaycan Cüdo Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, turnirin ilk günündə kişilər arasında 3 çəkidə 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Rövşən Əliyev (60 kq), Rəşad Yelkiyev (66 kq) qızıl, Kamran Süleymanov (73 kq ) gümüş, Nazir Talıbov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl medal qazanıb.

Geri qayıt