Qelebə.az / AVRO-2024: İtaliya - Albaniya matçında ikinci hissə başlayıb - YENİLƏNİB - 5

AVRO-2024: İtaliya - Albaniya matçında ikinci hissə başlayıb - YENİLƏNİB - 5

16-06-2024, 00:07

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə ikinci hissə start götürüb.

"Report" xəbər verir ki, ilk hissədən sonra İtaliya 2:1 hesabı ilə öndədir.

Qeyd edək ki, bu qrupun ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

23:48

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, Lusiano Spalettinin rəhbərlik etdiyi yığma fasiləyə 2:1 hesabı ilə üstün yollanıb.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

23:20

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə hesab yenidən dəyişib.

"Report" xəbər verir ki, 16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella İtaliya millisini hesabda önə keçirib - 2:1.

Qarşılaşma davam edir.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

23:12

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə hesab bərabərləşib.

"Report" xəbər verir ki, 11-ci dəqiqədə fərqlənən Alessandro Bastoni İtaliya millisinin bərabərlik qolunu vurub.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

23:03

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə erkən qol vurulub.

"Report" xəbər verir ki, 1-ci dəqiqədə fərqlənən Nedim Bayrami albanları hesabda önə çıxarıb.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.

23:02

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son oyunu start götürüb.

"Report" xəbər verir ki, "Siqnal İduna Park"da başlayan görüşdə B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlir.

Qarşılaşmanı almaniyalı baş hakim Feliks Çvayer idarə edir.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.

Geri qayıt