Qelebə.az / Premyer Liqa klubu 31 yaşlı baş məşqçi ilə anlaşıb

Premyer Liqa klubu 31 yaşlı baş məşqçi ilə anlaşıb

15-06-2024, 20:38

İngiltərə təmsilçisi "Brayton"un yeni baş məşqçisi açıqlanıb.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa klubu 31 yaşlı Fabian Hurtzelerlə anlaşıb.

Almaniyalı mütəxəssis 2027-ci ilə qədər "Brayton"u çalışdıracaq.

Qeyd edək ki, F.Hurtzeler bu postda Roberto De Zerbini əvəzləyib.

Geri qayıt