Qelebə.az / AVRO-2024: Almaniya fasiləyə 3 top fərqi ilə yollanıb - YENİLƏNİB 2

AVRO-2024: Almaniya fasiləyə 3 top fərqi ilə yollanıb - YENİLƏNİB 2

14-06-2024, 23:52

Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Almaniya millisi üçüncü qolu vurub.

"QELEBE.AZ" xəbər verir ki, 45+1-ci dəqiqədə Kai Havertz penalti zərbəsini dəqiq yerinə yetirib.

Penaltiyə səbəb olan Rayan Porteus qırmızı vərəqə ilə cəzalandırılıb.

Almaniya - Şotlandiya matçında ilk hissə bu hesabla yekunlaşıb.

23:21

Futbol üzrə XVII Avropa çempionatının ilk oyununda ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, A qrupunun Almaniya - Şotlandiya matçında meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər.

10-cu dəqiqədə Florian Virç Şotlandiya seçməsinin qapısına yol tapıb. 9 dəqiqə sonra Camal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb.

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

23:03

Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.

"QELEBE.AZ" xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşır.

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

Geri qayıt