Qelebə.az / AVRO-2024: Turnirin ilk oyununda iki qol vurulub

AVRO-2024: Turnirin ilk oyununda iki qol vurulub

14-06-2024, 23:21

Futbol üzrə XVII Avropa çempionatının ilk oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki, A qrupunun Almaniya - Şotlandiya matçında meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər.

10-cu dəqiqədə Florian Virç Şotlandiya seçməsinin qapısına yol tapıb. 9 dəqiqə sonra Camal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb.

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

23:03

Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.

"Report" xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşır.

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

Geri qayıt