Qelebə.az / "Atletik" klubu yarımmüdafiəçisi ilə müqavilə müddətini uzadıb

"Atletik" klubu yarımmüdafiəçisi ilə müqavilə müddətini uzadıb

13-06-2024, 14:16

İspaniyanın "Atletik" klubu yarımmüdafiəçi Ander Herrera ilə müqavilə müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Mançester Yunayted" və PSJ-dəki çıxışları ilə tanınan 34 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2023/2024 mövsümündə Herrera "Atletik"in heyətində meydana çıxdığı bütün yarışlarda 27 oyun keçirib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt