Qelebə.az / İtaliya klubu "Mançester Yunayted"in futbolçusunu transfer edib

İtaliya klubu "Mançester Yunayted"in futbolçusunu transfer edib

11-06-2024, 22:31

İtaliya təmsilçisi "Montsa" İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusunu heyətinə qatıb.

"QELEBE.AZ" xəbər verir ki, "qırmızı-ağlar" Omari Forsonla 4 illik müqavilə bağlayıb.

İngiltərə millisinin U-20 komandasının 19 yaşlı üzvü yeni klubuna azad agent kimi transfer olunub.

Qeyd edək ki, O.Forson "Mançester Yunayted"in heyətində cəmi 4 oyunda meydana çıxıb.

Geri qayıt