Qelebə.az / Azərbaycan karateçiləri Gürcüstanda keçirilən beynəlxalq turnirdə 13 medal qazanıb

Azərbaycan karateçiləri Gürcüstanda keçirilən beynəlxalq turnirdə 13 medal qazanıb

11-06-2024, 20:28

Azərbaycanın gənc və yeniyetmələrdən ibarət karateçiləri Gürcüstanda keçirilmiş ”Open Georgia” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından "Report"a verilən məlumata görə, təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar.

Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb. İdmançılarımız məşqçilər - Əbülfət Qarayev, Vüsal İsrafilov, Siyavuş Bayramov, Rüstəm Əkbərov, Mais Mədətov və Tərlan Cavadovun rəhbərliyi altında qüvvəsini sınayıb.

Yarışda ölkəmizi hakim qismində Vüqar Kərimov təmsil edib.

Geri qayıt