Qelebə.az / Azərbaycanın qadınlardan ibarət basketbol millisi Avropa Kubokuna vəsiqə qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol millisi Avropa Kubokuna vəsiqə qazanıb

9-06-2024, 22:13

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununa çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, yığma Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:12 hesabı ilə məğlub edərək Avropa Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

Geri qayıt